
AZƏRBAYCAN ÖLKƏSİ TANITMA

Ölkə PREZİDENTİ
İLHAM ƏLİYEV

BAYRAQ GERB


AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT HİMNİ
PAYTAXTI
BÖYÜK ŞƏHƏRLƏRİ
RƏSMİ DİLİ
MİLLƏT QRUPLARI
ÖLKƏ PREZİDENTİ
BAŞ NAZİR
ÖLKƏ MÜSTƏQİLLİYİ
ÜMUMİ ƏRAZİSİ
ƏHALİSİ
ÖLKƏ KODU
İNTERNET DOMENİ
SAAT QURŞAĞI
SAAT QURŞAĞI (YAY VAXTI)
PUL VAHİDİ
DİNİ
RESPUBLİKA GÜNÜ
AZƏRBAYCAN FUTBOL LİQASI
AZƏRBAYCANIN ƏN İKİ GÜCLÜ FUTBOL KLUBLARI
DİNLƏYİN
Bakı
Bakı, Gəncə, Lənkəran
Azərbaycan türkcəsi
Azərbaycanlı türkləri
İlham Əliyev
Artur Rəsizadə
18 Oktyabr 1991
86600km kvadrat
9411800
+994
.az
AZV (UKV+4)
AZYV (UKV+5)
Azərbaycan manatı (AZN)
İslam
28 MAY 1918
Topaz Liqası
"Qarabağ F.K" , "Neftci F.K"
Dövlət Bayramları və Xüsusi Günlər
Bayram Tarix
YENİ İL BAYARAMI
BEYNƏLXALQ QADINLAR GÜNÜ
NOVRUZ BAYRAMI
RESPUBLİKA GÜNÜ
MİLLİ QURTULUŞ GÜNÜ
SİLAHLI QÜVVƏLƏR GÜNÜ
DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ
DÖVLƏT BAYRAĞI GÜNÜ
KONSTİTUSİYA GÜNÜ
MİLLİ DİRÇƏLİŞ GÜNÜ
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ
1 YANVAR
8 MART
20-21 MART
28 MAY
15 İYUN
26İYUN
18 OKTYABR
9 NOYABR
12 NOYABR
17 NOYABR
31 DEKABR
QURBAN BAYRAMI (2 GÜN)
RAMAZAN BAYRAMI (2 GÜN)
ÜMUMXALQ HÜZN GÜNÜ (20 YANVAR)
XOCALI SOYQIRIMI GÜNÜ (26 FEVRAL)
AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ (31 MART)
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxumuşdur. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstituna (MDBƏİ) daxil olmuşdur. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olmuşdur. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləmişdir. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışmışdır və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir. 1994-cü ildən 2003-cü ilin avqust aynadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra ise birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir. 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir. 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambletasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambletası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir. 2003-cü il avqustun 4-ündə Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş Naziri təyin edilmişdir. 2003-cü il oktayabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir.O, 2003-cü il oktayabrın 31-də vəzifəsinin icrasına başlamışdır. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir. 2008-ci il oktaybrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyevin ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2008-ci il oktyabrın 24-ündə vəzifəsinin icrasına başlamışdır. 2013-cü il oktaybrın 9-unda keçirilən seçkilərdə seçicilərin 84,54% səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2013-cü il oktaybrın 19-da vəzifəsinin icrasına başlamışdır. Rusca, İngilizcə, Fransızca, Türkiyə türkcəsi və Azərbaycan türkcəsini mükəmməl bilir. Evlidir. Üç övladı, Üç nəvəsi var.
